Türkiyədə avtobus aşıb: Ölən və yaralananlar var
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Adanada keçirdiyi mitinqə gedənləri daşıyan avtobuslardan birinin aşması nəticəsində 3 nəfər ölüb, 20 nəfər yaralanıb.
Dalga tv Report-a istinadən xəbər verir ki, hadisə Kozan-Adana avtomobil yolunda olub.
Avtobusdakıların çoxu gənc olub. Məlumata görə, hava şəraitinin yağışılı olması qəzaya səbəb olub.