Aparıcı ərinin ölüm xəbərini canlı yayımda xəbər oxuyarkən öyrənd
Hindistanın IBC24 telekanalının xəbər aparıcısı Suprit Kaur canlı yayım zamanı yol-nəqliyyat hadisəsi barədə təcili xəbər oxuyarkən həyat yoldaşının öldüyünü öyrənib.
Dalga tv Aznews.az-a istinadən xəbər verir ki, canlı yayıma qoşulan müxbir hadisə nəticəsində 3 nəfərin öldüyünü bildirib, lakin onların adlarını deməyib.
Aparıcı ərinin həmin istiqamətdə yola düşdüyünü bilib və qəzaya düşən avtomobilin onun olduğunu anlayıb. Buna baxmayaraq, o, təmkinlə canlı yayımı yekunlaşdırıb.