Türk ordusundan PKK-ya qarşı böyük hazırlıq
Türkiyə Silahlı Qüvvələri (TSQ) Suriyanın Afrin və Tel Abyad bölgəsində möhkəmlənən PKK/YPG qüvvələrinə qarşı hazırlıqlara başlayıb.
Daga tv Axar.az -a istinadən xəbər verir ki, ordunun tabeliyində olan texnikalar hərbi qüvvələrin hərəkətini asanlaşdırmaq üçün ərazidə yollar açmağa başlayıb.
Bundan əlavə, türklərin olduğu mövqeyə əlavə hərbi qüvvələr də cəmləşdirilib.
Qeyd edək ki, ötən gün TSQ Afrindəki YPG mövqelərini top atışları ilə hədəf almışdı.