Misirdə xristianlara hücum olub: Ölənlər var

Misirin cənubunda Əl-Minya əyalətində kopt-xristianların olduğu avtobusa hücum nəticəsində 23 nəfər ölüb, 25 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.   

Dalga tv Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Misirin Səhiyyə Nazirliyinin rəsmi nümayəndəsi Xaled Moqaxed bildirib.

Misir KİV-i ölənlərin sayının 30 nəfərə çata biləcəyinə dair məlumat yayıb. İki avtomobildə hərəkət edən yaraqlılar avtobusa atəş açıblar. 

Hücum Əl-Adavva yaşayış məntəqəsinin qərbində Müqəddəs Samuili monastırı yaxınlığında baş verib. Xristianlar Beni-Sueyfdən monastıra gəlirdilər. 

Misirin müdafiə qüvvələri avtobusa hücum olan rayonda axtarış aparırlar.