Türkiyə, Azərbaycan və Gürcüstan arasında elektron ticarət müqaviləsi imzalanıb

Türkiyə, Azərbaycan və  Gürcüstan arasında elektron ticarət müqaviləsi  imzalanıb.

APA-nın Gürcüstan bürosunun gürcü mətbuatına istinadən məlumatına görə, müqavilə İstanbulda hər üç ölkənin rəsmiləri tərəfindən imzalanıb.

Türkiyə Gömrük və Ticarət naziri Bülent Tüfengçi hər üç ölkənin beynəlxalq rəqabət bazarı ilə sıx əməkdaşlığının böyük əhəmiyyət kəsb etdiyini bildirib.

Türkiyəli nazir yeni imzalanan müqavilənin üç dost ölkə arasında ticarət əlaqələrinin inkişafına töhfə olduğunu bildirib: “Yeni elektron ticarət müqaviləsinin imzalanması dünya bazarında hər hansı  ticarət əməliyyatlarında istifadə olunan yeni texnologiyaların əhəmiyyətini göstərir. Yeni texnologiyalara malik elektron kommersiyasının  ticarət əməliyyatlarında istifadə olunması ölkələrimizin dünya bazarlarına çıxışını əhəmiyyətli edir”, deyə nazir vurğulayıb.