Rusiyada 8 nəfər güllələnərək öldürülüb

Rusiyanın Tver vilayətində “50 illik Oktyabr” bağçılıq dərnəyinin 8 üzvü güllələnərək öldürülüb.

Dalga tv  APA-ya istinadən xəbər verir ki, ilkin məlumata əsasən, Konakovsk rayonunun Redkino qəsəbəsində dərnəyə elektrik işləri görmək üçün çağırılmış elektriklə mübahisə olub.

Elektrik evə qayıdaraq silah götürüb və dərnəyə gələrək 6 kişi və 2 qadını güllələyib. 8 nəfəri qətlə yetirən şəxs saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.