Yunanıstan silkələndi
Yunanıstanın Lesbos adası sahillərində 6.1 bal gücündə zəlzələ qeydə alınıb.
Dalga tv Oxu.Az-a istinadən xəbərinə görə, hadisə yerindən görüntüləri ANA-MPA nəşri dərc edib.
Ölkənin seysmoloji xidmətinin məlumatına əsasən, zəlzələ yerli vaxtla saat 15:28-də baş verib.
Şahidlər bildiriblər ki, adada qədim tikililərə ciddi ziyan dəyib.
Bəzi yollarda sürüşmələr baş verib, bir neçə yaşayış məntəqəsi arasında əlaqə kəsilib.
Ölən və xəsarət alanlar barədə məlumat yoxdur.