Yaponiyada 9 nəfər anomal istilərin qurbanı oldu

Yaponiyada davam edən anomal isti hava 9 nəfərin həyatına son qoyub.

Dalga tv-nin APA-ya istinadən verdiyi xəbərə görə, təxminən 1900 nəfər günvurma diaqnozu ilə xəstəxanalara yerləşdirilib. Onların əksəriyyətini 65 yaşdan yuxarı insanlar təşkil edir.

İsti hava şəraiti Yaponiyada iyunun sonundan hökm sürür. Ayrı-ayrı günlərdə havanın temperaturu müsbət 35 dərəcəni keçir.

Ölkədə hərarətin yüksək həddə çatacağı proqnozlaşdıran yerli meteoroloqlar bunu, əvvəlki kimi, Sakit okeanda formalaşan “El-Ninyo” fenomeni ilə əlaqələndirirlər. “El-Ninyo” iqlim fenomeni okean və atmosfer cərəyanlarının dövretmə sxemlərinə təsir göstərir. Bu isə öz növbəsində yer kürəsində havaya və iqlimə təsir edir, bəzi regionlarda quraqlıqlara, digərlərində isə güclü yağışlara səbəb olur.