Bir milyondan çox müsəlman Qroznıda mitinqə çıxdı

Çeçenistanın paytaxtı Qroznı şəhərində Myanmada müsəlmanların soyqırımına görə bir milyondan çox insan mitinqə çıxıb.

Dalga tv-nin Oxu.Az-a istinadən xəbərinə görə, bu barədə İnterfax-a mitinqin təşkilatçılarından biri deyib.

Qeyd edilir ki, etiraz aksiyası insidentsiz başa çatıb.

Mitinqdə Respublika rəhbərliyi də iştirak edib.

Aksiya zamanı “Myanmada müsəlmanların soyqırımı dayandırılsın” şüarları səsləndirilib.