Meksikada zəlzələ nəticəsində ölənlərin sayı 26-ya çatıb
Meksikada baş verən zəlzələnəticəsində ölənlərin sayı artıb.
APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, təbii fəlakət nəticəsində ölənlərin sayı 26-ya çatıb. Zəlzələnəticəsində Meksikanın Chiapas və Tabasco ştatlarında da ölənlərin olduğu deyilir.
Qeyd edək ki, Meksika prezidenti Enrike Pena Neto bu zəlzələnin son 100 ildə ölkədə baş verən ən güclü zəlzələ olduğunu deyib.