Meksikadakı faciə görüntülərdə
Son məlumatlara görə, dünən Meksikanın cənubunda baş vermiş zəlzələ nəticəsində 224 nəfər həyatını itirib.
Dalga tv “Dailymail”ə istinadən xəbər verir ki, 7,1 bal gücündəki zəlzələ Meksikanın cənub-şərqində yerləşən Puebla-de-Saraqosa şəhərininin yaxınlığında baş verib. Zəlzələ nəticəsində onlarla bina dağılıb, Mexiko hava limanı fəaliyyətini dayandırıb. Məktəb binasının dağılması nəticəsində 20 uşaq həyatını itirib, 30-dan çox uşaq isə itkin düşüb.