Atatürk hava limanında təyyarə qəzaya uğrayıb
Nəticədə hava limanı bağlanıb.
İstanbulun Atatürk adına Beynəlxalq Hava Limanının uçuş-eniş zolağında şəxsi təyyarə qəzaya uğrayıb.
Oxu.Az Doğan agentliyinə istinadən xəbər verir ki, nəticədə hava limanı bağlanıb.
Məlumata görə, təyyarə qəza enişi edib, ardınca yanmağa başlayıb.
NTV telekanalının məlumatına görə, qəza nəticəsində 4 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.