Hindistanda selfi çəkdirən tələbələri qatar vurdu
Hindistanın Karnataka ştatında qatar üç tələbəni vuraraq öldürüb.
Dalga tv-nin NDTV-yə istinadən verdiyi xəbərə görə, relslərin üzərində selfi çəkdirmək istəyən gənclər qatarın altında qalıb.
Ölənlərdən ikisinin kimliyi artıq müəyyən edilib. Onlar Banqalore Milli Kollecinin tələbəsi imişlər.
Faktla bağlı araşdırma aparılır.