Türkiyədə terror aktı törədildi
Türkiyənin Hakkari əyalətinin Yüksəkova rayonunda törədilən terror aktı nəticəsində 4 hərbçi şəhid olub, 4-ü yaralanıb.
Dalga tv bu barədə CNN TÜRK-ə istinadən xəbər verir.
Terrorçu PKK qruplaşmasının silahlıları hərbçilərə əl qumbarası atıb.
Yaralı hərbçilər xəstəxanaya yerləşdirilib.
Hazırda terrorçuların tutulması istiqamətində əməliyyat keçirilir.