Türkiyədə neft emalı zavodunda partlayış oldu

Türkiyənin İzmir şəhərində "Tupras" şirkətinə məxsus neft emalı zavodunda partlayış olub.

Dalga tv  "Haber 7"-yə istinadən xəbər verir ki, partlayışdan sonra güclü yanğın baş verib. 

Hadisə nəticəsində iki nəfər ölüb. Hazırda ərazidə xilasedicilər və yanğınsöndürənlər çalışır.

Xatırladaq ki, 2016-cı ilin fevralında da bu zavodda güclü yanğın olmuşdu.