Somalidə partlayış qurbanlarının sayı 189 nəfərə çatıb
Dünən Somalinin paytaxtı Moqadişoda “Safari” otelinin qarşısında törədilən partlayış nəticəsində ölənlərin sayı 189 nəfərə çatıb, 200 nəfər yaralanıb.
APA-nın məlumatına görə, bu barədə “ i24 News ” telekanalı Somali polisinə istinadən məlumat yayıb.
Bundan öncə partlayış nəticəsində 85 nəfərin öldüyü, 250 nəfərin yaralandığı bildirilmişdi.