Vyetnamda təbii fəlakət qurbanlarının sayı 68 nəfərə çatdı

Vyetnamın şimalında subasma və torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 68 nəfərə çatıb, 34 nəfər itkin düşüb.

Oxu.Az-ın məlumatına görə, bu barədə Vyetnamın “VnExpress” qəzeti Fövqəladə hallar üzrə Milli Agentliyə istinadən məlumat yayıb.

Qeyd edək ki, oktyabrın 10-da başlayan leysan yağışlar torpaq sürüşməsinə yol açıb, oktyabrın 11-də Xoabin əyalətində fövqəladə vəziyyət elan olunub. Leysan və torpaq sürüşməsi 200 evin uçmasına, 30 min evin su altında qalmasına yol açıb.