Pakistanda partlayış: 6 polis öldü

Pakistanın şimal-qərbində, Kvetta şəhərində partlayış baş verib. 

Dalga tv TASS-a istinadən xəbər yayır ki, partlayış nəticəsində azı 6 polisin öldüyü, daha 8 nəfərin yaralandığı bildirilib.

Təhlükəsizlik Xidmətinin verdiyi ilkin məlumata görə, 35 polisi aparan avtomobil yolda qoyulmuş minanın üzərindən keçərkən partlayış baş verib.

Yaralılar xəstəxanaya yerləşdirilib.

İnsident baş verən ərazi nəzarətə götürülüb.