İsveçrədə tramvay yük maşını ilə toqquşdu: Onlarla yaralı var

İsveçrənin Muttenz şəhərində tramvay yük maşını ilə toqquşub.

Oxu.Az-ın məlumatına görə, qəza nəticəsində 37 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Məlumata əsasən, zərbənin gücündən tramvay relsdən çıxıb. Yaralıların 16-sı xəstəxanaya yerləşdirilib. Qəzanın səbəbləri araşdırılır.