Əfqanıstanda məscidlərə hücum: 69 ölü
Əfqanıstanda iki məsciddə törədilən partlayış nəticəsində ölənlərin sayı 69-a çatıb, 100-dən çox insan yaralanıb.
Dalga tv-nin Oxu.Az-a istinadən verdiyi xəbərə görə, partlayışlardan biri paytaxt Kabildə, digəri isə Qor əyalətinin inzibati mərkəzi olan Çaqçaran şəhərində baş verib.
Partlayışları terrorçu-kamikadzelər törədib. Kabildəki İmam Zaman məscidində qadın və uşaqlar daxil olmaqla 39 nəfər həyatını itirib. Qor əyalətində isə 30 nəfər terror qurbanı olub.