İndoneziyada fabrikdə partlayış nəticəsində ölənlərin sayı artdı
İndoneziyanın Tangeranq şəhərində yerləşən fişəng zavodunda baş verən partlayış nəticəsində ən azı 46 nəfər ölüb.
Bu barədə Oxu.Az "AFP" agentliyinə istinadən xəbər verir.
Ölənlərin əksəriyyətinin cəsədləri yandığı üçün kimliklərini təyin etmək çətindir.
Hazırda hadisənin səbəbi araşdırılır.