Almaniyada supermarketə silahlı hücum
Almaniyanın Bremen şəhərindəki supermarketlərdən birinə silhalı basqın olub.
Dalga tv RİA Novosti-yə istinadən xəbər verir ki, hadisə nəticəsində bir nəfər ağır yaralanıb.
Məlumata görə, supermarketə basqın edən şəxs hadisə yerindən qaçıb.
Hüquq-mühafizə orqanları hadisə ilə bağlı araşdırma aparır. Basqını törədən şəxsin kimliyi və hadisənin səbəbi hələlik məlum deyil.