Rusiyada təyyarə qəzası: Ölən var
Rusiyanın Amursk vilayətinin Ekimçan qəsəbəsində An-2 təyyarəsi qəzaya uğrayıb.
Dalga tv TASS-a istinadən xəbər verir ki, təyyarə sərt eniş edib və bu zaman yanıb. Hadisə yerinə Ekimçan qəsəbəsinin yanğınsöndürənləri gəliblər.
Fövqəladə vəziyyətlərdəki mənbənin məlumatına görə, pilotlardan biri ölüb.
Təyyarədə sərnişin olmayıb.