Türkiyədə mədən çökdü: Ölənlər var
Türkiyənin şimalındakı Zonquldak vilayətində kömür mədənində çökmə baş verib.
Dalga tv-nin Oxu.az-a istinadən məlumatına görə, hadisə nəticəsində iki mədənçi həlak olub.
Daha bir mədənçi xilas edilərək xəstəxanaya çatdırılıb.
Hazırda hadisənin səbəbləri araşdırılır.