Somalidə terror aktı qurbanlarının sayı 500 nəfəri ötdü

Somalidə oktyabrın 14-də törədilən terror aktı nəticəsində ölən insanların sayı 512 nəfərə çatıb.

Dalga tv APA-ya istinadən verdiyi xəbərə, bundan əvvəl oktyabrın 20-də ölənlərin sayının 358 nəfər olduğu təsdiqlənmişdi. Partlayış nəticəsində yaralananların sayının 316 nəfər olduğu bildirilir. 

Qeyd edək ki, oktyabrın 14-də Moqadişoda otellərdən birinin qarşısında minalanmış yük maşını partladılıb.

Terror aktını törətməkdə “Əl Qaidə” ilə əlaqəli “Əş Şəbab” terror qruplaşması şübhəli bilinir.