Dalga Televiziyasi Azərbaycan və Gürcüstan arasında ərazi əməkdaşlığı proqramının strategiyası müzakirə olunmuşdur
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün2957
DünənDünən5773
Bu həftəBu həftə39673
Bu ayBu ay45461
Bu günə qədərBu günə qədər8407092

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Azərbaycan və Gürcüstan arasında ərazi əməkdaşlığı proqramının strategiyası müzakirə olunmuşdur

İstifadəçilərin qiymətləndirməsi: / 0
ZəifƏla 

Gürcüstanın Kaxeti bölgəsinin Telavi rayonundakı Lopata kəndində “Şərq tərəfdaşlığı” ölkələrinin ərazi əməkdaşlığına dair regional konfrans keçirilmişdir.
Azərbaycanın və Gürcüstanın dövlət strukturlarının, qeyri-hökumət təşkilatlarının, kütləvi informasiya vasitələri nümayəndələrinin qatıldıqları tədbirdə “Şərq tərəfdaşlığı” ölkələrinin ərazi əməkdaşlığı proqramının strategiyası məsələsi müzakirə olunmuşdur.
Toplantını proqramın rəhbəri Aleksey Sakaryev açmışdır. Avropa və Avratlantikaya inteqrasiya məsələləri üzrə Gürcüstanın dövlət nazirinin müavini Məryəm Rekviaşvili Azərbaycan-Gürcüstan münasibətlərinin uğurla davam etdirilməsindən, birgə iqtisadi layihələrin həyata keçirilməsindən və digər aktual məsələlərdən söhbət açmışdır. Nazir müavini bu tədbirin sərhədyanı ərazilərdə əməkdaşlığın inkişafına münbit şərait yaradacağına əmin olduğunu vurğulamış, ölkəsinin bu istiqamətdə əməkdaşlığa hazır olduğunu bildirmişdir.
Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının təmsilçisi Sahib Məmmədov diqqəti sərhədyanı əməkdaşlığın vacibliyinə, mülki cəmiyyətin bu proseslərdə iştirakının əhəmiyyətinə cəlb etmişdir. O qeyd etmişdir ki, Azərbaycanda xeyli sayda gürcü, Gürcüstanda isə azərbaycanlı yaşayır. Bizim birgə dəyərlərimiz vardır, onların qorunub saxlanmasına, daha da inkişaf etdirilməsinə çalışmalıyıq.
Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin beynəlxalq təşkilatlarla əməkdaşlıq şöbəsi müdirinin müavini Ruslan Rüstəmli ölkəmizin regional əməkdaşlığın inkişafına böyük önəm verdiyini vurğulamış, Azərbaycan-Gürcüstan münasibətlərinin bunun daha səmərəli təşkilinə imkan verdiyini qeyd etmişdir.
Sonda “Şərq tərəfdaşlığı” ölkələrinin ərazi əməkdaşlığı proqramının strategiyası” layihəsinin təqdimatı keçirilmişdir.

Saytda Axtarış

Son xəbərlər