Dalga Televiziyasi Bakı-Tiflis-Qars dəmir yolunun Marabda-Kartsaxi hissəsində oğurluq olub
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün811
DünənDünən5773
Bu həftəBu həftə37527
Bu ayBu ay43315
Bu günə qədərBu günə qədər8404946

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Bakı-Tiflis-Qars dəmir yolunun Marabda-Kartsaxi hissəsində oğurluq olub

Gürcüstanın Tetri-Tskaro rayonu ərazisindəki Marabda-Kartsaxi dəmir yolunda oğurluq hadisəsi baş verib.


APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyindən bildirilib. Məlumata görə, 1984-cü il təvəllüdlü N. Qoça, 1975-ci il təvəllüdlü A. Quram və 1986-cı il təvəllüdlü A. Cemal DİN əməkdaşları tərəfindən saxlanılıb.

DİN-nin məlumatda bildirilib ki, dəmir yolunda oğurluq edən üç nəfər şəxs 500 metr mis kabeli kəsib. Hadisə yerində N. Qoça saxlanılıb. Operativ-istintaq tədbirləri nəticəsində oğurluqda iştirak etmiş digər iki şəxs də saxlanılıb. Oğurluq edən şəxslər günahlarını etiraf ediblər. Onların etirafına əsasən, dəmir yolunda həyata keçirdikləri oğurluq ilk dəfə deyil. Onlar əvvəllər də Marabda-Kartsaxi dəmir yolundan 200 metr mis kabel oğurlayıblar.

Saytda Axtarış

ახალი ამბები