Dalga Televiziyasi Dövlət Gömrük Komitəsi: “Sınıq Körpü” gömrük keçid məntəqəsində yaranan sıxlıq qısa zamanda aradan qaldırılıb
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün152
DünənDünən4783
Bu həftəBu həftə4935
Bu ayBu ay52624
Bu günə qədərBu günə qədər8414255

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Dövlət Gömrük Komitəsi: “Sınıq Körpü” gömrük keçid məntəqəsində yaranan sıxlıq qısa zamanda aradan qaldırılıb

Ötən gündən etibarən bəzi kütləvi informasiya vasitələrində Gürcüstan ilə sərhəddə yerləşən “Sınıq Körpü” gömrük keçid məntəqəsində böyük tıxacın, sıxlığın yaranması barədə həqiqətə uyğun olmayan məlumatlar yayılıb.

Dövlət Gömrük Komitəsi mətbuat xidmətindən verilən məlumata görə, qeyri-iş günləri ilə əlaqədar qonşu ölkəyə səyahət edənlərin sayında müəyyən artım müşahidə olunub. Nəticədə ötən gün qonşu ölkəyə gedənlərin kütləvi şəkildə geri qayıtması Tovuz Gömrük İdarəsinin Gürcüstanla sərhəddə yerləşən "Sınıq Körpü" gömrük keçid məntəqəsində qısa müddətli, cüzi sıxlığın yaranmasına səbəb olub. Dərhal müvafiq tədbirlər görülərək problem tez bir zamanda aradan qaldırılıb.

Hazırda “Sınıq Körpü” gömrük keçid məntəqəsində nəqliyyat vasitələrinin və sərnişinlərin keçidində hər hansı bir sıxlıq müşahidə olunmur.

Saytda Axtarış

Son xəbərlər