Dalga Televiziyasi Azərbaycan Gürcüstanda Şərabçılıq Turizmi I Qlobal Konfransda iştirak edir
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün621
DünənDünən5773
Bu həftəBu həftə37337
Bu ayBu ay43125
Bu günə qədərBu günə qədər8404756

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Azərbaycan Gürcüstanda Şərabçılıq Turizmi I Qlobal Konfransda iştirak edir

İstifadəçilərin qiymətləndirməsi: / 0
ZəifƏla 

Sentyabrın 7-də Gürcüstanda Şərabçılıq Turizmi I Qlobal Konfransı işə başlayıb. Konfrans Dünya Turizm Təşkilatının (DTT) Gürcüstan Milli Turizm Administrasiyası ilə birgə əməkdaşlığı şəraitində keçirilir.

Tədbirdə çıxış edən Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili ölkəsinin böyük turizm potensialına malik olduğunu bildirib. Baş nazir deyib ki, şərabçılıq turizmi tələbatın şaxələndirilməsi üçün böyük imkanlar yaradır. Bu baxımdan Gürcüstanda mövcud potensial hamıya yaxşı məlumdur. Biz DTT-nin Şərabçılıq Turizmi I Qlobal Konfransını ölkəmizdə keçirməsindən məmnunuq.

Baş nazir turizmin inkişafı və bu sahədə region ölkələri ilə əməkdaşlığın faydalı olduğunu bildirib. O, qonşu ölkələrlə turizm sahəsində əməkdaşlığın gücləndirilməsinin əhəmiyyətini qeyd edib.

DTT-nin baş katibi Taleb Rifahi turizmin inkişaf perspektivləri və bu sahədə gəlirlər barədə ətraflı məlumat verib.

Sentyabrın 9-dək davam edəcək konfransın sessiyaları ölkənin Kaxeti bölgəsindəki müxtəlif şərabçılıq zavodlarında keçiriləcək. İştirakçılara ekspertlərlə diskussiyalarda iştirak etmək imkanı yaradılacaq.

Konfransda 42 ölkədən, o cümlədən Azərbaycandan 250 nümayəndə və ekspert iştirak edir.

Saytda Axtarış

Son xəbərlər