Dalga Televiziyasi Bakı-Tbilisi-Qars dəmir yolunda tikinti işləri sürətlənib
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün1358
DünənDünən5773
Bu həftəBu həftə38074
Bu ayBu ay43862
Bu günə qədərBu günə qədər8405493

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Bakı-Tbilisi-Qars dəmir yolunda tikinti işləri sürətlənib

İstifadəçilərin qiymətləndirməsi: / 0
ZəifƏla 

“Bakı-Tbilisi-Qars dəmir yolunda tikinti işləri sürətlənib. Düşünürəm ki, dəmir yolu 2017-ci ildə tam istifadəyə veriləcək. Bunun üçün həm Gürcüstan, həm də Türkiyə tərəfində tikinti-quraşdırma və yeni infrastrukturun yaradılması işləri sürətlə davam etdirilir”.

Bu sözləri AZƏRTAC-a müsahibəsində yolun tikintisi ilə məşğul olan “Azərinşaatservis” MMC-nin Gürcüstan üzrə əlaqələndiricisi Cəmil Qasımov deyib.

C.Qasımov bişdirib ki, “Azərinşaatservis” MMC Bakı-Tbilisi-Qars dəmir yolunun Gürcüstan hissəsində tikinti işlərini artıq başa çatdırıb: “Gürcüstan ilə Türkiyə arasındakı tunelə qədərtikinti işləri başa çatıb. Artıq işçi qatarı da Gürcüstan-Türkiyə sərhədindəki Kartsax stansiyasına çatdırılıb”.

Son günlərdə Bakı-Tbilisi-Qars dəmir yolunun inşası ilə bağlı bəzi KİV-lərdə gedən məlumatamünasibət bildirən Cəmil Qasımov bu məlumatların heç bir əsası olmadığını deyib. “Şirkət hazırda Gürcüstan ilə Türkiyə arasındakı tuneldə işləyir və betonlama işlərini görür. Bu ilin sonunadək tuneldə betonlama işləri və kommunikasiya xətlərinin çəkilişi tam başa çatacaqdır”, - deyə “Azərinşaatservis” MMC-nin Gürcüstan üzrə əlaqələndiricisi bildirib.

C.Qasımovun sözlərinə görə, yolun Türkiyə hissəsində də işlər sürətlənib. Türkiyə tərəfi verdiyi vədə əməl etmək və yolu 2017-ci ildə tam istifadəyə vermək üçün səylərini artırıb.

“İnanıram ki, Azərbaycanın təşəbbüsü ilə reallaşdırılan bu layihə yaxın vaxtlarda tam istifadəyə veriləcək”, – deyə C.Qasımov vurğulayıb.

Saytda Axtarış

Son xəbərlər