Dalga Televiziyasi Gürcüstan prezidenti: “Azərbaycan-Gürcüstan-Türkiyə formatı çox effektivdir”
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün3911
DünənDünən4231
Bu həftəBu həftə12070
Bu ayBu ay38873
Bu günə qədərBu günə qədər9942513

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Gürcüstan prezidenti: “Azərbaycan-Gürcüstan-Türkiyə formatı çox effektivdir”

”Bizim forumda qarşımıza qoyulan əsas məqsəd dünyadakı qlobal probemlərin müzakirəsidir”.
 
APA-nın məlumatına görə, bu sözləri V Qlobal Bakı Forumunda iştirak edən Gürcüstan prezidenti Georgi Marqvelaşvili bildirib. O, forumun yüksək səviyyədə təşkili və ənənəvi keçirilməsi ilə əlaqədar Azərbaycan prezidentinə təşəkkür edib: “Mən ötən il də bu forumda iştirak etmişəm. Azərbaycan prezidenti forumdakı çıxışında çox mühüm məqamlara toxundu”.
 

G. Marqvelaşvili deyib ki, Azərbaycan-Gürcüstan münasibətləri çox yüksək səviyyədədir: “Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli formatı çox effektiv formatdır. Bu formatın yaradılmasında Azərbaycanın və Gürcüstanın sabiq prezidentləri Heydər Əliyev və Eduard Şevardnadze böyük rol oynayıblar. Bu əməkdaşlıq formatı qlobal miqyasda öz effektivliyini doğruldub”.

Saytda Axtarış

ახალი ამბები