Dalga Televiziyasi Tiflisdə QDİƏT PA komitəsinin iclası keçirilir
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün4925
DünənDünən5773
Bu həftəBu həftə41641
Bu ayBu ay47429
Bu günə qədərBu günə qədər8409060

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Tiflisdə QDİƏT PA komitəsinin iclası keçirilir

Tiflisdə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT PA) İqtisadiyyat, ticarət, texnologiya və ekologiya məsələləri üzrə komitəsinin 48-ci iclası keçirilir.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, iclasda Gürcüstan nümayəndə heyətinin rəhbəri Otar Danelia, QDİƏT PA baş katibi Asəf Hacıyev və Gürcüstan energetika nazirinin müavini Mariam Valişvili çıxış ediblər.

Çıxışlar zamanı Azərbaycandan Türkiyəyə ixrac edilən enerji, habelə yeni enerji mənbələrindən istifadə ilə bağlı müxtəlif fikirlər, təkliflər və tövsiyələr səsləndirilib, həmçinin QDİƏT-in cari fəaliyyəti haqqında hesabatın müzakirəsi olub.

Toplantı çərçivəsində “Yeni və bərpa olunan enerji mənbələri” layihəsinin təqdimatı keçirilib.

İclasda Azərbaycan Milli Məclisinin üzvü, Mətbuat Şurasının sədri Əflatun Amaşov Azərbaycanda yeni enerji mənbələrinin inkişafı ilə bağlı "QDİƏT üzvü olan dövlətlərin yeni və bərpa olunan enerji mənbələrinin inkişafı" məruzəsi ilə çıxış edib. O, Qara dəniz regionunun dünyada əsas enerji təchizatçılarından biri olduğunu bildirib: “Məhz buna görə də enerji faktoru regionun iqtisadi inkişafında mühüm rol oynayır. Qara dəniz regionunda neft və qazın nəqli marşrutlarının artırılması və infrastrukturun inkişafı Avropa və Asiya arasında strateji sahə olan enerji sektorunun əhəmiyyətini təsdiq edir. Qara dəniz regionu - qlobal enerji bazarının ayrılmaz hissəsidir və enerji əlaqələrinin gələcək inkişafında strateji əhəmiyyət kəsb edir”.

Ə. Amaşov yeni və bərpa olunan enerji mənbələrinin inkişafının Azərbaycan üçün önəm kəsb etdiyini vurğulayıb. “Təbii sərvətləri qoruyub yeni bərpa olunan enerji mənbələrinin inkişafını gücləndirmək çox vacibdir”, - deyə o qeyd edib.

Toplantıda Azərbaycan, Gürcüstan, Yunanıstan, Moldova, Rumıniya, Rusiya, Türkiyə, Ukrayna və digər ölkələrin milli nümayəndə heyətləri iştirak edir. İclasa həmçinin diplomatik korpus nümayəndələri, o cümlədən Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov qatılıb.

Sabah komitədə təşkilati məsələlərə baxılacaq. İclas aprelin 13-dək davam edəcək.

Saytda Axtarış

ახალი ამბები