Dalga Televiziyasi AŞPA-nın Monitorinq Komitəsinin iclası Tbilisidə keçiriləcək
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün1356
DünənDünən4677
Bu həftəBu həftə10549
Bu ayBu ay41211
Bu günə qədərBu günə qədər8784497

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


AŞPA-nın Monitorinq Komitəsinin iclası Tbilisidə keçiriləcək

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin iclası 2018-ci ilin yayında Gürcüstanda keçiriləcək. Bu barədə Gürcüstanın İctimai televiziyası məlumat yayıb.

Dalga tv-nin Xeber.ge-yə  istinadla xəbər verir ki, müvafiq qərar Komitənin bu gün AŞPA-nın yaz sessiyasının keçirildiyi Strasburqda iclasda qəbul olunub.

Gələn il Monitorinq Komitəsinin üzvləri Gürcüstana səfər edəcək və ölkədəki proseslərlə yerində tanış olacaqlar.

Monitorinq Komitəsinin ənənəvi iclasları Strasburq, yaxud da Parisdə keçirilir. Lakin reqlament deputatlara ildə bir dəfə səyyar iclas keçirməyə imkan verir.

AŞPA monitorinq prosedurunu 1993-cü ildə təsis edib. AŞPA-nın Monitorinq Komitəsi Avropa Şurasının üzv ölkələrinin təşkilat qarşısındakı öhdəliklərinin yerinə yetirilməsi prosesini monitorinq edir.

Saytda Axtarış

ახალი ამბები