Dalga Televiziyasi Nazir: Gürcüstan faşizm üzərində qələbəyə xüsusi töhfə verib
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün4005
DünənDünən5773
Bu həftəBu həftə40721
Bu ayBu ay46509
Bu günə qədərBu günə qədər8408140

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Nazir: Gürcüstan faşizm üzərində qələbəyə xüsusi töhfə verib

Gürcüstan faşizm üzərində qələbəyə xüsusi töhfə verib.

Dalga tv Xeber.ge-ə istinadla xəbər verir ki, bunu Gürcüstanın müdafiə naziri Levan İzoriya deyib.

Bu gün nazir Tbilisidə Vake parkda Naməlum əsgər abidəsinə əklil qoyub.

“Gürcüstanın müharibə veteranlarını faşizm üzərində qələbənin 71-ci ildönümü münasibətilə təbrik edirəm. Gürcüstan bu qələbəyə xüsusi töhfə verib. Yüz minlərlə gürcü bu müharibədə həlak olub. Biz onların adları qarşısında baş əyirik, onlarla fəxr edirik və gələcək nəsillər də bu qəhrəmanlarla fəxr edəcək”, - İzoriya deyib.

Nazir veteranlara cansağlığı, uzun ömür və birləşmiş Gürcüstanda həyat arzu edib.

İkinci Dünya Müharibəsində təxminən 60 milyon insan həlak olub. Gürcüstanın 200 min vətəndaşı həlak olub və ya itkin düşüb.

Saytda Axtarış

ახალი ამბები