Dalga Televiziyasi Azərbaycan Silahlı Qüvvələrinin motoatıcı taborunun NATO qiymətləndirməsi üzrə təlimi başlayıb
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün1990
DünənDünən5773
Bu həftəBu həftə38706
Bu ayBu ay44494
Bu günə qədərBu günə qədər8406125

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Azərbaycan Silahlı Qüvvələrinin motoatıcı taborunun NATO qiymətləndirməsi üzrə təlimi başlayıb

 Bakı şəhərində Azərbaycan Respublikasının Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) proqramı çərçivəsində ƏİK Ortaq Qüvvələr Birliyinə bəyan etdiyi motoatıcı taborunun növbəti dəfə 2-ci səviyyəli NATO qiymətləndirmə təlimi başlayıb.

Bu barədə "Report"a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, Azərbaycan ƏİK taboru 2014-cü ildə 2-ci səviyyəli NATO qiymətləndirmə təlimini müvəffəqiyyətlə keçib və NATO-nun “Döyüşə hazır” sertifikatını alıb. Hazırda seritifikatın təsdiq edilməsi məqsədilə Qaraheybət Təlim Mərkəzində keçirilən səhra təliminə Silahlı Qüvvələrin 700 nəfərə yaxın şəxsi heyəti, 80-dək hərbi texnikası və 4 helikopteri cəlb olunub.
Taborun qiymətləndirilməsi çoxmillətli qiymətləndirmə heyəti tərəfindən həyata keçirilir və NATO-nun Quru Qoşunları Komandanlığını təmsil edən Müşahidə Heyəti tərəfindən müşahidə olunur.
Təlim iyunun 2-dək davam edəcək.

 

Saytda Axtarış

ახალი ამბები