Dalga Televiziyasi Azərbaycan hərbçiləri Gürcüstanda keçirilən qış hərbi təlimlərində
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün409
DünənDünən5773
Bu həftəBu həftə37125
Bu ayBu ay42913
Bu günə qədərBu günə qədər8404544

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Azərbaycan hərbçiləri Gürcüstanda keçirilən qış hərbi təlimlərində

Gürcüstanın Saçxeri və İmeretidəki hərbi məktəblərində “Dağlıq ərazilərdə hərbçilərin qış hazırlığı” kursu başlayıb.

Dalga tv  Gürcüstan Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, təlimlərdə Azərbaycan hərbçiləri də iştirak edirlər.

Hərbi təlimlərə, həmçinin Gürcüstan, Latviya, Polşa və Ermənistandan olan hərbçilər də qatılıblar.

Kurslarda hərbçilər dağlıq ərazilərdə qarlı havada manevr etmək, axtarış-xilasetmə tədbirlərinin təşkili, qar uçqunları altında qalmış insanlara ilkin tibbi yardımın göstərilməsi, onların təxliyəsi və sair barədə bilik və bacarıqlarını artıracaqlar.

Kursu müvəffəqiyyətlə başa vuran hərbçilərə sertifikatlar və döş nişanları təqdim olunacaq.

Hərbi təlimlər fevralın 2-də başa çatacaq.

Saytda Axtarış

ახალი ამბები