Dalga Televiziyasi Təcili! 8 min döyüşçü Qarabağa gətirildi - Ermənistanın MÜHARİBƏ HAZIRLIĞI
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün435
DünənDünən4337
Bu həftəBu həftə13965
Bu ayBu ay44627
Bu günə qədərBu günə qədər8787913

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Təcili! 8 min döyüşçü Qarabağa gətirildi - Ermənistanın MÜHARİBƏ HAZIRLIĞI

"Ermənistan 8 min əfqan muzdlu əsgəri 5 illik müqavilə ilə Qarabağa gətirib".
Bu barədə Beynəlxalq Əsilsiz Erməni İddiaları ilə Mübarizə Dərnəyinin (ASİMDER) rəhbəri Göksel Gülbey deyib.

Onun sözlərinə görə, əfqan muzdluları Qarabağda təmas xəttinə yerləşdirilib: "Ötən ilin "aprel müharibəsi"ndə məğlub olan Ermənistanda valideynlər övladlarını Qarabağda əsgərliyə göndərməmək qərarına gəldilər. Ermənistan rəhbərliyi bu problemi həll etmək üçün pul qarşılığında 8 min əfqan muzdlu döyüşçüsünü ölkəyə gətirərək, təlim keçdi. Muzdlu əsgərlərə 5 il ərzində 3 min dollar maaş veriləcək. Sonda Ermənistan vətəndaşlığı və Avropaya viza sözü verilib".

G.Göksel qeyd edib ki, əfqan döyüşçülər İran vasitəsilə Ermənistana gətirilib.

"8 min əfqanın Ermənistana gətirildiyini İran vətəndaşlarının sosial şəbəkələrdə yaydıqları məlumatlardan öyrəndik", - deyə o bildirib.

ASİMDER rəhbəri əlavə edib ki, Ermənistan əfqan döyüşçülərdən Türkiyəyə qarşı da istifadə edə bilər.

Mənbə:publika.az

Saytda Axtarış

ახალი ამბები