Dalga Televiziyasi Kaxa Kaladze: "Tbilisi tolerant şəhər olmaqda davam edəcək"
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün2092
DünənDünən4048
Bu həftəBu həftə10575
Bu ayBu ay84812
Bu günə qədərBu günə qədər9227290

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Kaxa Kaladze: "Tbilisi tolerant şəhər olmaqda davam edəcək"

“Tbilisi müxtəlif dinlərə məxsus olan insanların yaşadığı şəhər olub və bu, gələcəkdə də belə davam edəcək”.

APA-nın yerli bürosunun məlumatına əsasən, bu barədə Gürcüstanın hakim “Gürcü Arzusu” partiyasının Tblilisi meri vəzifəsinə namizədi Kaxa Kaladze dini təşkilatların nümayəndələri ilə görüşdə deyib: “Biz tolerant millətik. Tbilisini müxtəlif millətlərin nümayəndələri qurub və onlar hər zaman birgə yaşayıblar”.

Görüşdə dini azadlıq, dini və mədəni abidələrin mühafizəsi, dini təşkilatların maliyyələşdirilməsi və digər məsələlər barədə müzakirələr aparılıb.

K. Kaladze görüş iştirakçılarını Tbilisinin müxtəlif istiqamətlər üzrə inkişafı proqramı ilə tanış edib.

Görüşdə Gürcüstan Müsəlmanları Ali Dini İdarəsinin sədri Mirtağı Əsədov və Qafqaz Müsəlmanları İdarəsinin Gürcüstan nümayəndəsinin müavini Hacı Eyvaz Mərdanov da iştirak edib.

 

Saytda Axtarış

ახალი ამბები