Gürcüstan Prezidentinin fikrincə, rusiyalı həmkarı ilə görüşdə mövcud vəziyyətdən çıxış yolları müzakirə olunmalıdır

altRusiya Prezidenti Vladimir Putinlə görüşmək ehtimalına münasibət bildirən Gürcüstan Prezidenti Georgi Marqvelaşvili demişdir ki, bu görüş problem mövzuların dinc, səmərəli kontekstdə müzakirəsinə xidmət göstərməlidir. Prezident mövcud vəziyyətdən çıxış yolunun axtarılıb tapılması yönümündə danışıqlar aparılmasının vacibliyini vurğulamış və bildirmişdir ki, Gürcüstanın Abxaziya, Sxinvali problemlərini hərbi yolla həll etmək niyyətində olmadığı məlumdur. Rusiya tərəfi ilə danışıqlarda da məsələlərin səmərəli kontekstdə müzakirə etmək istəyimizi nümayiş etdirməliyik.
Gfdemişdir: Hazırkı durumun nə Rusiya, nə də abxaz və osetinlərin xeyrinə olmadığını sübuta yetirməliyik, bütün ağrılı məsələlər danışıqların gündəmində durmalıdır.
Gürcüstan Baş nazirinin Rusiya ilə münasibətlər məsələsi üzrə xüsusi nümayəndəsi Zurab Abaşidze və Rusiya Federasiyası xarici işlər nazirinin müavini Qriqori Karasinin yaxın vaxtlara planlaşdırılan görüşündə Prezidentlərin ehtimal olunan görüşü üzərində işə başlanacağı bildirilmişdir.