İlham Əliyev və Erdoğanın görüşü keçirilib
Azərbaycan prezidenti İlham Əliyev Bakıda işgüzar səfərdə olan Türkiyə baş naziri Recep Tayyip Erdoğanla görüşüb.
Dalgatv-nın APA-ya istinadən verdiyi xəbərə görə, dövlət başçısı Türkiyənin baş nazirini sarayın həyətində qarşılayıb.
İlham Əliyev və Recep Tayyip Erdoğan rəsmi foto çəkdiriblər.
Sonra təkbətək görüş olub. Görüşdə ölkələr arasında dostluq və qardaşlıq münasibətlərinin siyasi, iqtisadi, enerji, nəqliyyat sahələrində və bütün digər sahələrdə uğurlu inkişafından məmnunluq ifadə olunub. Bu səfərin ölkələr arasında ikitərəfli münasibətlərin daha da genişlənməsi baxımından önəmi qeyd edilib, Azərbaycanla Türkiyə arasında əlaqələrin bundan sonra da genişlənəcəyinə əminlik ifadə olunub.
Təkbətək görüş başa çatdıqdan sonra İlham Əliyevin Recep Tayyip Erdoğanla birgə naharı olub.
Aprelin 4-də həmçinin Azərbaycan prezidenti ilə Türkiyə baş nazirinin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü keçirilib.