Krım sakinləri üçün Rusiya pasportu hazırlanıb
Rusiya pasportu əldə etmək üçün Krımın artıq 500 min sakini müvafiq qurumlara müraciət edib.
Dalgatv-nin APA-ya istinadən verdiyi xəbərə görə, Rusiya Federal Miqrasiya Xidmətinin (FMX) açıqlamasında artıq 350 min Rusiya pasportunun hazırlandığı bildirilir.
Rusiya FMX-si bundan əvvəl Krımda tezliklə iki mln insana Rusiya pasportunun veriləcəyini bəyan etmişdi.