Donetsk xalq respublikası müstəqilliyini elan edib

altQondarma “Donetsk xalq respublikası” özünü müstəqil dövlət elan edib.

Dalgatv APA-ya istinadən xəbər verir ki, “Donetsk xalq respublikası” müvəqqəti hökumətinin həmsədri Denis Puşilin: “Biz, Donetsk xalq respublikasının xalqı, 2014-cü il, mayın 11-də keçirilən referendumun nəticələrinə görə, DXR-ın suverenliyi haqqında deklarasiyaya əsaslanaraq elan edirik ki, Donetsk xalq respublikası bundan sonra müstəqil dövlətdir”, - bəyan edib.

Həmçinin qondarma respublika Rusiya Federasiyasına onun tərkibinə qoşulmaq üçün müraciət ünvanlayıb.

Qeyd edək ki, mayın 11-də Ukraynanın Donetsk və Luqansk vilayətlərində regionların statusu barəsində referendum baş tutub.