Gürcüstan Prezidenti fransalı həmkarı ilə görüşəcək
Gürcüstan Prezidenti Georgi Marqvelaşvili mayın 13-də fransalı həmkarı ilə görüşəcək. Fransua Olland Qafqaz turnesini Tbilisidə başa çatdıracaq.
O, artıq Bakıda və İrəvanda olub.
Dalgatv-nin Trend-ə istinadən verdiyi xəbərə görə, Gürcüstan Prezidentinin Avlabar iqamətgahında rəsmi qarşılanma mərasimi keçiriləcək, bundan sonra iki ölkənin prezidentləri təkbətək, sonra isə geniş tərkibdə görüşəcəklər.
Fransua Olland və Georgi Marqvelaşvili gürcü və xarici jurnalistlər üçün birgə mətbuat konfransı keçirəcəklər.
Səfər çərçivəsində Fransa Prezidenti Gürcüstanın Baş naziri ilə görüşəcək və Gürcüstan-Fransa iqtisadi forumunda iştirak edəcək.
Fransa nümayəndə heyəti Gürcüstana səfərini bu gün başa vuracaq.