Qızıl Xaç nümayəndələri Kəlbəcər girovlarının yanına getdilər

altBeynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri ermənilərin Kəlbəcərdə girov götürdükləri azərbaycanlılara dünən növbəti dəfə baş çəkiblər. Bu barədə Modern.az saytına BQXK-nın Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova məlumat verib.

BQXK nümayəndəsi girovların səhhəti barədə danışmayaraq, əlavə heç nə demək istəməyib. “Qızıl Xaç Komitəsinin nümayəndələri gördüklərini ictimaiyyətlə bölüşmür”,-deyə o, bildirib.

Qeyd edək ki, Dilqəm Əsgərov, Şahbaz Quliyev və Həsən Həsənov Kəlbəcərdə Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüb. Sonuncu öldürülərək Dağlıq Qarabağda dəfn olunub.