“Rusiya ordusu Ukraynaya daxil olub”
Rusiya Silahlı Qüvvələrinin Ukrayna ərazisinə irimiqyaslı hərbi müdaxiləsi baş verib.
Dalgatv-nin APA-ya istinadən verdiyi xəbərə görə, bunu Ukrayna daxili işlər nazirinin məsləhətçisi Zoryan Şkiryak bəyan edib.
Onun sözlərinə görə, Rusiya ordusu Ukraynaya bir neçə istiqamətdən hücuma başlayıb. "Hazırda Rusiyanın hərbi komandanlığı antiterror əməliyyatı qüvvələrini parçalayaraq, Donbasdakı yaşayış məntəqələrini ələ keçirməyə cəhd göstərir”, deyə Şkiryak bildirib.