“Kerri, Əliyev və Sərkisyan arasındakı görüş səmərəli olub” - RƏSMİ AÇIQLAMA

altABŞ dövlət katibi Con Kerrinin təşəbbüsü ilə Azərbaycan və Ermənistan prezidentlərinin NATO-nun Uelsdəki sammiti çərçivəsindəki görüşü haqqında ilk rəsmi açıqlama verilib.

Modern.az saytı xəbər verir ki, bu barədə özünün twitter səhifəsində ATƏT-in ABŞ-dan olan həmsədri Ceyms Uorlik yazıb. O bildirib ki, görüş səmərəli keçib:
“Con Kerri ilə Azərbaycan və Ermənistan prezidentləri arasında səmərəli görüş keçirilib. Biz Qarabağ münaqişəsinin həlli üçün kömək etməyə hazırıq”.
Qeyd edək ki, Uelsin paytaxtı Kardifdə NATO-nun sammiti keçirilir. Sentyabrın 4-də başlayan sammitin bu gün yekunlaşacağı gözlənilir.