Qənirə Paşayeva Türkiyənin 7 telekanalına müsahibə verdi
“Bütün dünyanın Ermənistana təzyiq göstərərək “Sənin hərbi vertalyotunun, əsgərinin Azərbaycan hava sahəsində, torpağında nə işi vardı?” deyə təzyiq etməsi lazımdır”.
AzNews.az xəbər verir ki, bunu millət vəkili Qənirə Paşayeva Türkiyənin TRT, TRT TÜRK, TRT HABER, Kanal 24, TGRT, TV 5, TRT Avaz televiziya kanalarına və bir sıra məşhur qəzetlərə, agentliklərə, mətbua orqanlarına Qarabağ həqiqətləri və bölgədə baş verən son hadisələrlə bağlı geniş müsahibə verərkən deyib.
Azərbaycan ordusunun vurduğu Ermənistana məxsus vertalyotla bağlı da sualları cavablandıran millət vəkili Qənirə Paşayeva qardaş Türkiyə KİV-lərini bu məsələdə daha həssas olmağa çağırıb:
"Dağlıq Qarabağ adlı bir dövlət yoxdur və heç zaman da olmayacaq. Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarında saxta bir rejim yaradıb və onlar dünya tərəfindən tanınmır və heç bir zamanda da tanınmayacaq".
Millət vəkili Qənirə Paşayeva deyib ki, bütün dünyanın Ermənistana təzyiq göstərərək sənin hərbi vertalyotunun, əsgərinin Azərbaycan hava sahəsində, torpağında nə işi vardı deyə təzyiq etməsi lazımdır:
"Ermənistanın işğal etdiyi Azərbaycan bölgəsi olan Ağdamda və ön cəbhə bölgəsində 40 minlik əsgərlə təlim keçirməsinə səssiz qalan güclər, beynəlxalq təşkilatlar, ATƏT-in Minsk Qrupu həmsədrləri olan ABŞ, Rusiya və Fransa bölgədə durumun gərginləşməsinin təəssüf ki, qarşısını almaq üçün heç bir addım atmırlar. Onlar Ermənistandan işgal etdiyi Azərbaycan bölgesi olan Ağdamda, həm də tam ön cəbhəyə yaxın 40 minlik əsgərlə hərbi təlimləri nə üçün keçirirsiniz, buna nə haqqınız var deyə Ermənistana heç bir təzyiq göstərmirlər. Və Ermənsitan hərbi helikopteri bu təlimlər zamanı Azərbaycanın zaten bu təlimlərlə ihlal etdiyi hava sahəsini daha da ihlal edərək işğal altında olmayan bölgələrə doğru da görünməsi artıq səbri daşıran son addım oldu. Azərbaycan əsgərləri də Ermənistanın təxribatlarının qarşısını alaraq həmin helikopteri vurmuş və onların insanımıza hər hansı bir zərar verə bilmələrinin qarşısını almışlar. Təəssüf ki, bu gün də beynəlxalq təşkilatlar Ermənistana sizin hərbi helikopterin vurulduğu yerdə nə işi vardı, orada nə axtarırdı, ora Azərbaycanın hava sahəsi deyərək ciddi təzyiq göstərmirlər. Əsas da Dağlıq Qarabağ münaqişəsinin nizamlanması missiyasını daşıyan ATƏT MQ həmsədrlərinin Ermənistana işğala son qoyması üçün heç bir təzyiq göstərməməsi Ermənistanın bölgədə daha da həddini aşmasına və vəziyyəti daha da gərginləşdirən təxribatları davam etdirməsinə səbəb olur. Amma artıq münaqişənin sülh yolu ilə həlli üçün dayanmadan çalışan Azərbaycanın hərbi güclərinin, xalqının da səbri daşmışdır və artıq yetər deyirik. Ermənistan artıq anlamalıdır ki, Azərbaycana qarşı etdiyi bu kimi təxribatlara, hava sahəsini pozmalarına qarşı çox sərt cavab alacaqlar. 20 ildir Azərbaycan torpaqlarını işgaldan azad etməyən Ermənistana bunun bir dərs olmalıdır. ATƏT-in Minsk Qrupu həmsədrlərini də artıq münaqişənin həlli üçün ciddi addınlar atmağa çağırırq və işgalçını qudurtmağımıza artıq yetər deyirik. Hər şeyin bir həddi var”.
Azərbaycan həqiqtlərinin həm Türkiyədə insanlara, həm də bütün dünyaya yayılmasında Türkiyə KİV-lərinin də üzərinə böyük missiya düşdüyünü deyən Qənirə Paşayeva bəzi KİV-lərdə bu məsələ ilə bağlı yanlış məlumatlar verməsini bizi üzdüyünü bildirib:
“İnanırıq ki, bunlar bir daha təkrarlanmayacaq və bütün həmkarlarımızı, dostları bu həssas məsələ ilə bağlı məlumatlar verərkən daha həssas olacaqlar”. O, Qarabağ, Xocalı Soyqırımı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında KİV-lərin televiziyaların, agentliklərin, qəzetlərin üzərinə böyük məsuliyyət düşdüyünü deyib və KİV-ləri bu istiqamətdə həssaslığı daha da artırmağa çağırıb. Millət vəkili Qənirə Paşayeva 2015-ci ilə doğru ermənilərin özlərinin qondarma erməni soyqırımı iddiaları ilə bağlı daha da aktivləşəcəyini və bunun artıq ciddi şəkildə hiss olunduğunu bildirib və qondarma erməni soyqırımına qarşı mübarizədə də Türk Dünyası KİV-nin üzərinə böyük vəzifələr düşdüyünü vurğulayaraq jurnalistlərimiz də daxil olmaqla hər bir insanımızı qondarma erməni soyqırımı yalanlarının qarşısının alınması istiqamətində daha fəal mübarizəyə çağırıb.