Gürcüstan NATO-ya girir

altNATO Gürcüstanın müdafiə qabiliyyətini gücləndirməyə davam edəcək. Bu məqsədlə Tiflisdə NATO-Gürcüstan təlim-tədris mərkəzinin yaradılması nəzərdə tutulur.

ANS PRESS-in məlumatına görə, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq Brüsseldə Gürcüstanın baş naziri ilə keçirdiyi birgə mətbuat konfransında deyib.

O deyib: "Biz bunu Gürcüstanın müstəqilliyinə hörmətimizə görə edirik. Biz təlim-tədris mərkəzini yaratmağa qərar verdik və bu, yaradılacaq."

Onun sözlərinə görə, NATO Gürcüstanın Avropaya inteqrasiya prosesini davam etdirməsini, bu yola sədaqətini alqışlayır: "Bu, çox əhəmiyyətlidir və birmənalı yanaşmadır. Eyni zamanda, NATO-nun 2008-ci ildə keçirilən Sammitində qəbul olunan qərara uyğundur. O zaman qərar qəbul etdik ki, Gürcüstan NATO-nun üzvü olacaq. Buna görə, biz Gürcüstanın bu kursa sədaqətini alqışlayırıq."

Şimali Atlantik İttifaqından bildirilib ki, bu tədris mərkəzi NATO-ya məxsus olmayacaq, sadəcə hərbi təşkilat bunun yaradılmasında Gürcüstana kömək edəcək.