ATƏT-ə cavab verdik (FOTO)

alt"ATƏT-in Minsk qrupunun həmsədrinin bəyanatında neytral ərazi anlayışından istifadə olunub. Azərbaycan üçün neytral ərazi anlayışı qəbul edilməzdir".

Bunu ANS PRESS-ə açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsini icra edən Hikmət Hacıyev bildirib.

XİN rəsmisi xatırladıb ki, Azərbaycan Respublikasının Ağdam rayonunun işğal edilməsi məxsusi olaraq BMT Təhlükəsizlik Şurasının 853 saylı qətnaməsində qəti şəkildə pislənilib: "Həmin qətnamədə Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyinə bir daha dəstək ifadə olunub və işğalçı qüvvələrin dərhal, qeyd-şərtsiz və tam şəkildə işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılması tələb olunur və güc tətbiq edərək dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin dəyişdirilməsi cəhdlərinin qəbuledilməz olduğu vurğulanır".

Qeyd edək ki, Ceyms Uorlik bu gün də "Twitter" hesabında paylaşdığı statusda Azərbaycan silahlı qüvvələri tərəfindən vurulmuş Ermənistan ordusuna məxsus helikopterin heç kimə məxsus olmayan əraziyə düşdüyünü bildirib və Ermənistan tərəfinin helikopterin qalıqlarına yaxınlaşmasının təmin olunmalı olduğunu yazıb.