Polad Bülbüloğlu Gürcüstanın patriarxı ilə görüşüb
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu 70 illik yubileyinin keçirilməsi ilə əlaqədar Gürcüstanda səfərdədir. APA-nın Gürcüstan bürosunun məlumatına görə, P. Bülbüloğlu Gürcüstanın katalikos-patriarxı II İlya ilə görüşüb.
Yubilyarı səmimi şəkildə qəbul edən II İlya P. Bülbüloğlunun 70 illik yubileyinin Tiflisdə keçirilməsini alqışlayıb və bu tədbirin yaddaşlarda qalacağını bildirib. P. Bülbüloğlu görüş üçün patriarxa minnətdarlığını bildirib, Tiflis və Şuşa xatirələrindən danışıb.
Görüşdə Azərbaycanın Gürcüstandakı səfiri Azər Hüseyn və ARDNŞ-in Gürcüstan nümayəndəliyinin rəhbəri Mahir Məmmədov iştirak ediblər.